RU

bp qədim tarixin araşdırılmasına dəstək verir (FOTO)

Bakı. Trend:

Bu gün bp Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasınahəsr olunmuş iki geniş əhatəli tədqiqat kitabını ictimaiyyətətəqdim edib.

Trend xəbərverir ki, “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan.Tarixi-etnoqrafik atlas” adlanan bu kitablarda ilk dəfə olaraqqədim və orta əsrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədənitəhlili elmi araşdırma mətnləri ilə müşaiyət olunur. Xəritələrin buelmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əksetdirən tarixi faktlar və sübutlara əsaslanır.

bp-nin bu tədqiqata dəstəyi onun Azərbaycanın tarixinin vəzəngin mədəni irsinin təbliğinə töhfə vermək öhdəliyinin birhissəsidir.

Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucukütləsini əhatə etmək məqsədilə iki dildə - Azərbaycan və ingilisdillərində nəşr edilib.

Kitablar ətraflı kartoqrafik təhlili tarixi və etnoqrafiksənədlərlə birləşdirən yenilikçi bir tədqiqat işidir. Bu unikalyanaşma oxuculara Azərbaycanın tarixi mənzərəsinin canlı və dəqiqtəsvirini təqdim edir, ərazinin və ətraf regionların coğrafi vəmədəni təkamülü vasitəsilə xalqın etnik mənsubiyyəti haqqındadolğun təsəvvür yaradır. Tarixi xəritələrin və sənədlərintəfərrüatlı təhlili Azərbaycanın tarixi coğrafiyasının əhatəli vədəqiq təsvirini formalaşdırır.

Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlətxadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovdur.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliqeyd edib ki, bu layihəyə dəstək verməklə biz ölkənin tarixiəhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha genişşəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik: "Bu mühümtədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixininzənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın— Azərbaycan türklərinin — tarixi və mədəni irsinin möhtəşəmliyinədaha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixiinkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucukütləsi üçün dəyərli bir mənbə olacaq".

Bu gün Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimindətanınmış tarixçilər, alimlər, tədqiqatçılar və mədəniyyət xadimləriiştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat işininəhəmiyyətini qeyd edərək, müəllifin metodologiyası və yanaşmasınınölkənin və bütövlükdə regionun qədim dövrlərdən başlayaraq keçdiyitarixi və coğrafi təkamül yollarının araşdırılmasında mühüm roloynadığını vurğulayıblar.

Layihənin dəyəri 178540 AZN (105000 ABŞ dolları) təşkil edib.Layihə TEAS Press Nəşriyyat Evi tərəfindən yerinə yetirilib.

bp bu kitabları kitabxanalara, universitetlərə və aidiyyətielmi-tədqiqat institutlarına hədiyyə olaraq təqdim edəcək.

bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
bp
Məqalədə:
Избранный
0
4
az.trend.az

10Источники