RU

“Beşiktaş”ın futbolçusu İtaliya klubuna KEÇƏ BİLƏR

“Beşiktaş”ın futbolçusu Gedson Fernandeş İtaliyaya yollana bilər.

Bizim.Media “Tuttosport”a istinadən xəbər verir ki, “Cenoa” portuqaliyalı yarımmüdafiəçinin keçidini bu yay reallaşdırmaq niyyətindədir.
 

26 yaşlı futbolçunun “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Cenoa” rəsmiləri indidən Türkiyə klubu ilə danışıqlara başlayıb.


Qeyd edək ki, Gedson “Benfika”, “Tottenhem”, “Qalatasaray”, “Rizespor” komandalarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
0
22
bizim.media

10Источники