RU

“Ərdoğanla danışdım və Suriyaya qarşı sanksiyaları ləğv edəcəyik” - Tramp

“Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onlayn görüşdən sonra Suriyaya qarşı sanksiyaları ləğv edirik”.

Missiya.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Prezidenti Donald Tramp deyib.

"İndicə türkiyəli dostumla danışdım. Düşünürəm ki, o, Suriyaya böyük şans verəcək. Suriyaya qarşı bütün sanksiyaları qaldıracağıq. Bu, həqiqətən də yaxşı olacaq. Sanksiyaların ləğvi ilə bağlı qərarım böyük alqışlarla qarşılandı", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Tramp bu gün Ər-Riyadda Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara ilə görüşüb. 

Daşqın HəsənovMissiya.Az

Избранный
0
34
missiya.az

10Источники