RU

Laçında həyat yenidən başlayır - VİDEO

Doğma yurda qayıdan ailələrin sevinci, həyatın ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi… 

Laçında öz ata-babalarının qədim ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər.

"Unikal" xəbər verir ki, abadlaşan Laçında körpələrin addımları, uşaqların gülüş səsləri, onların sevinci şəhərin ahəngini gözəlləşdirir. Dövlət başçısının tapşırığı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur qurulur. Doğma yurda Böyük Qayıdış mərhələli şəkildə davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edirik.

Избранный
0
50
unikal.az

10Источники