RU

Bakının bu ərazisində ilanlar peyda olub - VİDEO

Son günlər avtomobillərin mühərrik hissəsinə ilan girir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

"Unikal" xəbər verir ki, “ATV” hadisə ilə bağlı Bakı şəhəri Xətai rayonu Gəncə prospektinin sakinləri ilə danışıb.

Avtomobil sahiblərindən birinin sözlərinə görə, bu hal ikinci dəfədir təkrarlanır.

Vətəndaşlar bu ərazidə artıq bir neçə gündür ilanların peyda olduğunu deyir. Sakinlərdən biri həyəti yığışdıranda ot biçinin altından ilanın qaçdığını, digər sakin isə ilan öldürdüyünü bildirib. Qeyd ediblər ki, məhz buna görə uşaqları məktəbə özləri aparmağa məcbur olurlar.

Mütəxəssislər isə ilanların üzə çıxmasını mövsüm dəyişikliyi ilə əlaqələndirir. Belə ki, may və iyunun ortalarına qədər sürünənlər yem axtarmaq üçün qışlama yerlərindən çıxıb ətraf ərazilərə səpələnirlər. Bu, ilanların ən aktiv dövrü hesab olunur.

Избранный
0
50
unikal.az

10Источники