RU

Qərbi Azərbaycan Xronikası: Padar türk tayfasının saldığı yaşayış məskəni

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Padar türk tayfasının saldığı yaşayış məskəni" adlı süjet hazırlanıb.

Far.Az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Axsu, Axtaxana, Axtacul, Axund Buzovand və Axura toponimi haqqında söz açılır.

Bildirilir ki, ermənilər Qərbi Azərbaycanda yerli əhalini məhv etmək, qovmaq üçün daim vandal siyasət yürüdüb, türklərə məxsus tarixi, dini, mədəni irsi müxtəlif yollarla yer üzündən yox etməyə çalışıblar.

Vurğulanır ki, erməni vandalizmi təkcə insanlardan deyil, toponimlərdən də yan keçməyib: "Amma əminik ki, qədim və tarixi yurdlarımızın həsrəti ilə yaşayanlar bütün ağrı-acılara baxmayaraq, Qərbi Azərbaycana mütləq qayıdacaq, addəyişmə terroruna məruz qalmış izlərimizi bərpa edəcəklər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır..

Избранный
0
1
far.az

10Источники