"Real"ın futbolçusu Rodriqo sonuncu - "Barselona" ilə matçda meydana çıxmaqdan imtina edib.
Braziliyalı yayda "kral klubu"ndan ayrılmağı düşünür. Buna səbəb isə onun Kilian Mbappe və Cud Bellinqemin kölgəsində qalmağını düşünməyidir.
Rodriqo özünə yetərli dəyər verilmədiyini düşünür.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
Rodriqo 2019-cu ildən "Real"da çıxış edir. O, cari mövsüm 50 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.\\Offsideplus.az