RU

İtaliyada "Milli Kimlik, Müqavimət və Suverenlik: Korsika üçün perspektivlər" mövzusunda konfrans keçirilib - FOTO

Mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupu (BTQ) və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan "Nazione" Hərəkatının birgə təşkilatçılığı ilə "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfrans keçirilib.

Bu barədə Day.Az-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Konfransda Nazione Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak edib.

Tədbir bir il öncə, 2024-cü ilin may ayının 13-ü Fransanın hüquq-mühafizə orqanları və onların dəstəklədiyi qeyri-qanuni milis dəstələri tərəfindən Kanakidə (Yeni Kaledoniya) qətlə yetirilmiş Kanakların xatirəsinin yad edilməsi ilə başlayıb. BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın kanak, korsika və digər müstəmləkə altında yaşayan xalqların qanuni mübarizəsini dəstəklədiyini bildirib və bu xüsusda görülmüş işlərdən danışıb.

Konfrans çərçivəsində Nazione Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - korsika milli kimliyinin və korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimiliasiya edilməsi siyasəti kəskin pislənilib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırılıb.

"Nazione" Hərəkatının gənclər bölməsinin rəhbəri Chilianu Begliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək, Korsikalı yazıçı Lisandru Bassaninin "Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir" fikirini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini qeyd edib.

Nazione Hərəkatının üzvləri Thierry Casolasco və Jean-Phillipe Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq, vəziyyətinin belə davam edəcəyi təqdirdə, minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib. Bu xüsusda, onlar, Fransa hüquq mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğurunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar.

xxx

12-35

İtaliyanın Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Korsika Nazione Hərəkatının birgə təşkilatçılığı ilə "Milli Kimlik, Müqavimət və Suverenlik: Korsika üçün perspektivlər" mövzusunda tematik konfrans öz işinə başlayıb.

Bu barədə Day.Az Bakı Təşəbbüs Qrupunun X hesabına istinadən xəbər verir.

Bildirilib ki, tədbir qlobal diqqətin Korsikanın suverenliyə əsas hüquqları uğrunda mübarizəsinə cəlb olunması məqsədi daşıyır.

  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
Избранный
0
7
day.az

10Источники