RU

Səudiyyə Ərəbistanında Trampla vəliəhd şahzadə arasında danışıqlar başlayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞprezidenti Donald Trampla vəliəhd şahzadə, Səudiyyə Ərəbistanın başnaziri Muhəmməd bin Salman əl-Səud arasında, ölkələrin nümayəndəheyətlərinin iştirakı ilə danışıqlar start götürüb.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş Səudiyyə Ərəbistanının paytaxtında yerləşənƏl-Yamama sarayında keçirilən rəsmi mərasimlə başlayıb. ABŞtərəfindən danışıqlarda ABŞ hökumətində fəaliyyətin səmərəliliyininartırılması idarəsinin (DOGE) rəhbəri milyarde İlon Mask, “OpenAI”şirkətinin rəhbəri Səm Altman və “Nvidia” şirkətinin rəhbəri CensenHuanq iştirak edirlər.

Bundan əvvəl Tramp yanvar ayında dövlət başçısı vəzifəsini icraetməyə başladıqdan sonra ilk rəsmi dövlət səfəri ilə SəudiyyəƏrəbistanına gəlib. Yaxın Şərq turu çərçivəsində ABŞ prezidentiQətər və Birləşmiş Ərəb Əmirliklərinə də baş çəkəcək.

Səfər zamanı ABŞ nümayəndə heyəti ərəb monarxiyaları iləinvestisiya əməkdaşlığının genişləndirilməsinə diqqət yetirəcək,eləcə də müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Qəzzazolağında, Yəməndə və Ukraynada münaqişələrin nizamlanması iləbağlı məsələləri müzakirə edəcək.

Избранный
0
50
az.trend.az

10Источники