RU

Gəncədə xəsarət yetirilən 18 yaşlı gənc HƏYATINI İTİRDİ

Gəncədə naməlum şəraitdə xəsarət alan gənc xəstəxanada vəfat edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2007-ci il təvəllüdlü E.İbrahimovun həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
 

Gəncə Birləşmiş Xəstəxanadan bildirilib ki, 13.05.2025-ci il tarixində saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.


"Xəsarət alan şəxsə qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb" deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
0
5
bizim.media

10Источники