Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya təxminən 4 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, ötən 4 ayda Türkiyəyə 3,1 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql edilib.
Mətləb