RU

Avropa və MDB poçt şəbəkəsinin Bakı Forumu

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçirilir. Məclisi Ümumdünya Poçt İttifaqı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.

“Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edir. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, e-ticarət və texnologiya şirkətlərinin yüksək vəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər də yer alıb.

Məclisin məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək. Gündəliyə poçt şəbəkələrində elektron ticarətin artan rolu, rəqəmsal transformasiya, davamlı logistika təcrübələrinin tətbiqi, poçt əməliyyatlarında inam və təhlükəsizliyin qorunması üçün kibertəhlükəsizliyin əhəmiyyətinin artırılması kimi aktual mövzular daxildir.

Bakı Poçt Forumu sənaye liderləri və maraqlı tərəflər arasında dialoqu asanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinə uyğun, gələcəyə yönəlik strategiyaların və innovativ həllərin inkişaf etdirilməsinə təkan verəcək.

Qəzənfər QASIMOV
XQ

Избранный
0
11
xalqqazeti.az

10Источники