Bakı. Trend:
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçirilir.
Trend xəbər verir ki, mayın 13-15-də keçiriləcək tədbiriÜmumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, həmçinin, tərkibində fəaliyyət Azərbaycan Nəqliyyat vəKommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən“Azərpoçt” MMC ilə birgə təşkil edir.
“Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət,innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsrolunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirakedəcək. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri,e-ticarət və texnologiya şirkətlərinin yüksəkvəzifəlinümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər yeralacaq.
Forumun məqsədi regional müzakirələr və müqayisələr, bilikmübadiləsi və innovasiyalar üçün strateji bir platformayaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsalpozuntulara cavab olaraq poçt sektorunun transformasiyasınayönələcək.
Gündəliyə poçt şəbəkələrində elektron ticarətin artan rolu,rəqəmsal transformasiya, davamlı logistika təcrübələrinin tətbiqi,poçt əməliyyatlarında inam və təhlükəsizliyin qorunması üçünkibertəhlükəsizliyin əhəmiyyətinin artırılması kimi aktual mövzulardaxildir.
Forum sənaye liderləri və maraqlı tərəflər arasında dialoquasanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinəuyğun, gələcəyə yönəlik strategiyaların və innovativ həllərininkişaf etdirilməsinə təkan verəcək. Eyni zamanda tədbir ÜPİ-ninregional inkişafı təşviq etmək və beynəlxalq poçt əməkdaşlığınıgücləndirmək istiqamətindəki öhdəliyini də bir dahatəsdiqləyəcək.
Forum çərçivəsində poçt operatorlarına rəqabətqabiliyyətli vədayanıqlı qalmaq, eləcə də rəqəmsal iqtisadiyyatın tələblərinəuyğunlaşmaq üçün praktiki ideyaların təqdim ediləcəyigözlənilir.
Xəbər yenilənəcək