RU

Azərbaycan millisinin üzvü Albaniya çempionu oldu

Azərbaycan yığmasının üzvü Zamiq Əliyev "Eqnatiya" klubunun heyətində Albaniya çempionu adını qazanıb.

Operativ Media xəbər verir ki, həlledici görüşdə "Eqnatia" "Vllaznia"nı 4-0 hesabı ilə məğlub edib.

Zamiq Əliyev bu matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

23 yaşlı müdafiəçi trebl etməyə yaxın olub.

O, Albaniya Superkubokunu qazansa da, ölkə kubokunun finalında yalnız penaltilər seriyasında uduzub.

Ötən ilin yayında "Araz-Naxçıvan"dan transfer olunan futbolçu "Eqnatiya"da bütün turnirlərdə 42 oyuna (3094 dəqiqə) çıxıb, 1 qol vurub.

Избранный
0
25
operativmedia.az

10Источники