RU

İşdən çıxarılan direktorun daha bir vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son zəng"ə görə pul yığmağı tapşırır.

Rəsmi açıqlamada deyilir ki, direktor fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, işdən çıxarılan direktor daha bir vəzifə daşıyırmış.

O, məntəqə seçki komissiyasının sədridir.

Belə ki, Yaqut Müseyibli 20 saylı Nərimanov II seçki dairəsinin 21 saylı məntəqəsinə rəhbərlik edirmiş.

Onun sözügedən vəzifədən də azad ediləcəyi gözlənilir.

Bizim.Media

Избранный
0
17
bizim.media

10Источники