RU

Yazda kəskinləşən allergiya – Hansı fəsadları ola bilər?

Bakı. Trend:

Yaz mövsümü bəzi insanlar arasında bir sıra allergikqıcıqlanmalar yaradır. Belə ki, bəzi insanlarda dəri qaşıntıları,bəzilərində burun axmaları kimi özünü biruzə verir.

Maraqlıdır, bu mövsümdə insanlar necəqorunmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Həkim Allerqoloq Nicat Əfəndizadə qeydedib ki, yaz fəsli ilə əlaqədar olaraq bitki və ağaclardaçiçəklənmə dövrü başlayır.

“Bu proses əsasən fevral ayının sonundan, mart ayından etibarənbaşlayır və iyun ayına qədər davam edir.

Bu müddət ərzində polinə qarşı allergiyası olan şəxslərdəmüxtəlif əlamətlər müşahidə olunur. Bu əlamətlərə burun axıntısı,qaşınma, asqırma tutmaları, göz yaşarması, gözlərdə və udlaqdaqaşınma hissi daxildir.

Ən çox şikayətlər səhər saatlarında olur. Çünki səhərlərpolenlərin havadakı miqdarı (pik səviyyə) yüksək olur. Buna görə dəbelə şəxslərə səhər tezdən açıq havada uzun müddət qalmaq tövsiyəedilmir”.

Həkim tövsiyə olunan qoruyucu tədbirlərdən də söz açıb: “Evdənçıxarkən baş örtüyü və kepka geyinmək, gün eynəyindən istifadəetmək, maska taxmaq, eyvanda vaxt keçirməmək, günün ilk saatlarındaevin qapı və pəncərələrini bağlı saxlamaq, avtomobildə pəncərələrinbağlı olmasına diqqət yetirmək qoruyucu tədbirlərin ənyaxşılarından sayılır.

Müalicə baxımından isə ilk növbədə diaqnostik məqsədləmütəxəssisə müraciət etmək lazımdır. Analizlər vasitəsilə səbəbkaralergen təyin olunur. Bu məqsədlə prick testlər və ya qandanyoxlanılan spesifik immunoqlobulin E – tənəffüs paneli vasitəsiləallergiyanın səbəbkarı müəyyən edilir”.

O vurğulayıb ki, təyin olunmuş alergenə uyğun olaraq köklümüalicə tətbiq olunur.

“Bu, əlbəttə ki, uzunmüddətli və ciddi bir müalicədir. Eynizamanda, simptomatik dərman müalicəsi də mümkündür. Bu zaman sırfmövsümi xarakter daşıyan allergik şikayətlər zamanı istifadə olunandərman preparatları qəbul edilir. Şikayətlər keçdikdən sonra dərmanmüalicəsi dayandırılır.

Burada diqqət edilməli vacib məqam odur ki, bu cür şikayətləröncə yuxarı tənəffüs yollarında müşahidə olunsa da, zamanla aşağıtənəffüs yollarına – bronxial astma şəklində ağırlaşmalara səbəbola bilər. Bu zaman boğulma tutmaları, təngnəfəslik, öskürək kimiəlamətlər ortaya çıxa bilər.

Bu səbəbdən, belə şikayətləri olan və ya bu əlamətləri özündəhiss edən pasiyentlər diqqətli olmalı və müalicəyə erkən mərhələdəbaşlamalıdırlar”,- deyə o əlavə edib.

Allergiyanın kəskinləşməsi, vaxtında müalicəedilməməsi burun-boğaz sistemində hansı ağırlaşmalarıyaradır?

Bu barədə Trend-ə danışan Həkim Otorinolorinqoloq KamilSüleymanov bildirib ki, yaz fəslində allergik rinit və ona bağlıburun-boğaz simptomları çox geniş yayılmışdır. Bu vəziyyətin səbəbiəsasən polenlər, ot tozları, ağac çiçəkləri və digəraeroallergenlərdir.

Həkim allergiyanın burun-boğazda yaratdığı fəsadlardanda danışıb:

“Əsas əlamətlər burun tutulması, axıntı (xüsusilə şəffaf),asqırma tutmaları, qıcıqlanma və qaşınma (burun, boğaz, qulaqda),boğazda axıntı hissi (postnazal drip), qoxu hissinin zəifləməsikimi problemlər allergiyanın yaratdığı fəsalara aitdir.

Xroniki burun tıxanıqlığı – yuxu keyfiyyətini və gündəlikfəaliyyəti pozur, Postnazal axıntı və faringit – boğazda yanma,qıcıqlanma və öskürək , Sinusit – allergiyaya bağlı ödem sinuskanallarını bağlayaraq bakterial infeksiyaya zəmin yaradır.Xüsusilə uşaqlarda Adenoid hipertrofiyası baş qaldırır. Eustachianborusu disfunksiyası və orta qulaqda təzyiq problemi / mayeyığılması, astma və bronxial hiperreaktivliklə əlaqə – xüsusiləmüalicə olunmayan allergik rinit astma riskini artırır”,- deyə oəlavə edib.

Cərrahi müdaxilə nə zaman lazımdır?

Həkim vurğulayıb ki, cərrahiyə yalnız konservativ müalicəyəcavab verməyən hallarda düşünülür:

“Allergiya müalicə olunmadıqda daima burun tıxanıqlığı ilə yuxupozuntusu, yorğunluq, geri axıntıya bağlı xroniki faringit vəlarengit, ikincili bakterial sinusit və otitlər, astma riskininartması, uşaqlarda diş və çənə deformasiya, nitq pozuntuları,yuxuda ağızla nəfəsalmaya səbəb olur”, - deyə o əlavə edib.

Məqalədə:
Избранный
0
13
az.trend.az

10Источники