RU

Ronaldunun komandası çempionluq şansını itirdi

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

"Ölkə.az" xəbər verir ki, XXXI turda turnir cədvəlinin lideri "Əl-İttihad" "Əl-Faiha"nı 3:0 hesabı ilə məğlub edərək xallarının sayını 74-ə çatdırıb.

Bu nəticədən sonra cari mövsümün başa çatmasına 4 tur qalmış 60 xala malik "Əl-Nəsr" kollektivinin liderə çata bilməyəcəyi dəqiqləşib.

Beşinci pillədə yer alan “Əl-Nəsr” ikinci sıradakı “Əl-Hilal”dan 5 xal geri qalır.

Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında iki il yarım ərzində bir dəfə də olsun kubok qazana bilməyib.

Избранный
0
6
olke.az

10Источники