RU

AKİA tərəfindən 19.6 milyon manat güzəştli kredit verilib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə güzəştli kreditlərin verilməsi davam edir. 

Bu barədə "İki sahil"ə AKİA-dan məlumat verilib.

Qeyd olunur ki, bu ilin ilk rübündə AKİA-nın xətti ilə aqrar sektorda çalışan şəxslərə 1036 müraciət üzrə 19.6 milyon manat məbləğində güzəştli kredit verilib. 

Bunun 19.5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, qalan hissəsi isə güzəştli və mikrokreditlərdir.

Избранный
0
7
ikisahil.az

9Источники