RU

SON DƏQİQƏ! Azərbaycanda yaşayış binasında partlayış - Ölən və xəsarət alan var

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.  (Report)

Избранный
0
10
musavat.com

10Источники