RU

"Traktor"un çempionluq mərasimi bu tarixdə keçiriləcək

Təbrizin "Traktor" komandasının İran çempionu olması ilə bağlı mərasim mayın 16-da Təbrizin “Yadigari İmam” (Səhənd) stadionunda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 17-19 arası keçiriləcək mərasimdə çempionluq kuboku Təbriz təmsilçisinə təqdim ediləcək.

Qeyd edək ki, bu, "Traktor" komandasının tarixində ilk çempionluğudur.

Избранный
0
1
axar.az

2Источники