"Bayer" Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso iyunun 1-də Madrid "Real"ı ilə müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış ispan jurnalist Xosep Pedrerol məlumat verib. İspan mütəxəssis 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında "kral klubu"na rəhbərlik edəcək.

Qeyd edək ki, mayın 9-da "Bayer" Leverkuzen klubunun mətbuat xidməti Xabi Alonsonun mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb. Onun növbəti iş yerinin Madrid "Real"ı olacağı və burada Karlo Ançelottini əvəzləyəcəyi gözlənilir.

Xabi Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Onun rəhbərliyi altında klub ötən mövsüm Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.