RU

“El-Klasiko”da növbəti hakim qalmaqalı

“Barselona”nın 4:3 hesabı ilə “Real”a qalib gəldiyi oyunda hakimin bəzi qərarları birmənalı qarşılanmayıb.

Bakıvaxtı.az xəbər verir ki, qalmaqallı olan bu məsələ oyundan sonra ortaya çıxıb.

Tanınmış idman jurnalisti Fabrizio Romano bildirir ki, katalonların 5-ci qolu topun Fermin Lopezin əlinə dəyməsi səbəbindən ləğv edilən vaxt VAR otağında əyləşən hakimlər buna seviniblər - “Çox şükür”.

Bu yayılan audioda da açıq şəkildə eşidilir.

“Barselona” komandası bu barədə izahat tələb edə bilər.

Qeyd edək ki, mayın 11-də futbol üzrə İspaniya La Liqasında XXXV turun mərkəzi oyunu keçirilib. Matçda əzəli rəqiblər - “Barselona” və “Real Madrid” üz-üzə gəlib.

Qarşılaşma ev sahiblərinin 4:3 hesablı qələbədiylə başa çatıb.

Bu oyunla “Barselona” çempionluq yolunda “Kral klubu”nu 7 xal qabaqlayır. Belə ki, “Barselona” 82 xalla turnir cədvəlinə liderlik edir. “Real” isə 75 xalla ikinci yerdə qərarlaşıb.

Cavid Tağızadə

BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi

Bakıvaxtı.az

Избранный
0
bakivaxti.az

1Источники