RU

Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir

Çin və ABŞ arasında Cenevrədə keçirilən danışıqlarda mühüm razılaşma əldə olunub – tərəflər ticarət və iqtisadi məsələlər üzrə daimi məsləhətləşmə mexanizminin yaradılmasına qərar veriblər.

Musavat.com xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi rəsmi açıqlama yayıb. Bildirilir ki, iki ölkə arasında davam edən ticarət gərginliyinin yumşaldılması məqsədilə yeni dialoq platforması qurulur.

Eyni zamanda "Phoenix TV" telekanalının Honq-Konqdakı mənbələri bildiriblər ki, Cenevrə danışıqlarında gömrük rüsumlarının azaldılması ilə bağlı əldə olunan razılaşma gözləniləndən daha genişmiqyaslıdır – rüsumların endirilməsi bəzi sahələrdə 100%-dən də çox olacaq.

Bu razılaşma dünya iqtisadiyyatına müsbət siqnal kimi qiymətləndirilir və qlobal bazarlarda sabitliyin bərpasına ümidləri artırır.

Musavat.com

Избранный
0
musavat.com

1Источники