RU

Naxçıvanda vergi daxilolmaları 22,8 faiz artıb

Naxçıvan, 12 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,8 faiz və ya 14,4 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar isə 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 faiz çox olub. Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3 faizi isə dövlət sektorunun payına düşüb.

 

Избранный
0
10
azertag.az

10Источники