BAKI, 12 may. TELEQRAF
2025-ci ilin iyulunda çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin dəyəri Londonun ICE birjasında 2025-ci il aprelin 28-dən bəri ilk dəfə bir barel üçün 66 dolları keçib.
Teleqraf xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 11:00-a olan göstəricilərə əsasən, “Brent” neftinin qiyməti bir barel üçün 65 dolları 2025-ci il aprelin 29-dan bəri ilk dəfə keçib. Saat 10:10-da "Brent" fyuçerslərində artım tempi xeyli sürətlənib. Neft bir barel üçün 66,08 dollar səviyyəsində ticarət olunub (+2,91%), iyun ayında çatdırılacaq WTI markalı neftin fyuçersləri isə 2,96% artaraq bir barel üçün 63,21 dollar olub.
Saat 12:04-ə olan məlumata görə, "Brent" fyuçerslərində artım tempi zəifləyərək 2,26% artımla bir barel üçün 65,66 dollar səviyyəsində olub, WTI fyuçersləri isə 2,3% artaraq bir barel üçün 62,8 dollar təşkil edib.