Ağdam. Trend:
Ötən gün ölkə ərazisində baş verən qeyri-sabit hava şəraitiAğdam rayonunda bir sıra təsərrüfatlara ciddi ziyan vurub.
Trend-in yerli bürosu xəbər verir ki, rayonun ErgiDüzü adlanan ərazidə baş vermiş qasırğa və dolu yağışı tikililərə,minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyanvurub.
Belə ki, yüzlərlə hektar dənli bitki və tərəvəz, eləcə də,bostan sahələrinə də ciddi ziyan dəyib.
Qeyd edək ki, sözügedən ərazidə keçmiş məcburi köçkünlərməskunlaşıb. Burada, həmçinin, elektrik enerjisinin verilişində dəfasilələr yaranıb.