RU

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Publika.az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.

Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deyən bir xanım cavab verdi.

Həmin xanıma jurnalist olduğumuzu deyib sual ünvanlamaq istəyəndə hansı mövzu ilə bağlı zəng etdiyimizi bilərək izah verməyə başladı:

"Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək".

Избранный
0
10
publika.az

10Источники