RU

Danelyan: “Ermənistan Qarabağın müqabilində Qərbdən təminat alıb”

“İngiltərə biri Qafqazdan çıxarmaq üçün moderatorluğu üzərinə götürüb”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə politoloq Stepan Danielyan çıxış edib.

Onun bir başqa iddiası isə budur ki, Azərbaycan və Türkiyə Rusiyanın düşmənidir. “Biz də Rusiyanın düşmənləri ilə müharibə aparırıq”.

Danelyan hesab edir ki, 2020-ci il savaşı Qarabağdakı erməniləri köçürmək və Ermənistanı müharibədə məğlub etmək üçün reallaşdırılıb. “Bunun müqabilində isə Ermənistana Qərbə inteqrasiya üçün yaşıl işıq yandırıldı. Müharibədən sonra məhz İrəvanda NATO-nun baş katibi və onun əvvəllər Praqa bəyannaməsini təşkil etmiş həmkarları bunu açıq şəkildə bəyan etdilər”.

Fərda Uğur

Избранный
0
tribunainfo.az

1Источники