RU

Azərbaycan irsi Aşqabadda keçirilən Beynəlxalq Festivalda təqdim olunub (FOTO)

Bakı. Trend:

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunan “Beynəlxalq MətbəxFestivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialıilə təmsil olunub.

Azərbaycanın Türkmənistandakı Səfirliyindən Trend-ə bildirilib ki,səfirlik tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi,mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri,memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlarnümayiş etdirilib.

Guşədə “azerbaijan.travel” turizm portalı və “Made inAzerbaijan” brendinə dair bannerlər quraşdırılmış, milli məhsullarvə sənətkarlıq nümunələri təqdim edilib. Festival iştirakçılarınaAzərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar datəqdim olunub, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar,broşürlər və müxtəlif nəşrlər təqdim edilib, foto-açıqcalar,suvenirlər və Azərbaycan milli geyimlərini əks etdirən materiallarnümayiş etdirilib.

Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimatməkanlarından biri olub və qonaqlar tərəfindən xüsusi rəğbətləqarşılanıb.

Azərbaycan Səfirliyinin nümayəndələri ziyarətçilərləsöhbətlərində Azərbaycanın zəngin mədəni irsi, tarixi ənənələri vəturizm potensialından bəhs edib, bu irsin beynəlxalq platformalardatanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan
Azərbaycan
Избранный
0
1
az.trend.az

4Источники