RU

Romada BTQ-nin təşəbbüsü ilə Korsikaya həsr olunmuş konfrans keçiriləcək

Romada “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir mayın 13-də Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən, Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “Nazione” Hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Milli Məclisdə fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edəcəklər.

Tədbir çərçivəsində Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə ediləcək.

Bu xüsusda, konfransda milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq müstəqillik perspektivləri təhlil olunacaq.

Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Избранный
0
6
ikisahil.az

8Источники