RU

NBA: “Oklahoma-Siti Tander” və "İndiana Peysers" növbəti qələbələrini qazanıblar

Bakı, 12 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” səfərdə “Denver Naqqets”ə 87:92 hesabı ilə qalib gələrək seriyanı bərabərləşdirib – 2:2.

Qalib komandanın ən məhsuldar oyunçusu 25 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub.

Digər qarşılaşmada "İndiana Peysers" doğma meydanda “Klivlend Kavalyers”i 129:109 hesabı ilə məğlub edərək seriyada üçüncü qələbəsini qazanıb – 3:1. Ev sahiblərinin bombardiri Paskal Siakam olub. Kamerunlu forvard 21 xal toplayıb.

Komandalar arasında beşinci matçlar mayın 10-da təşkil olunacaq.

 

Избранный
0
azertag.az

1Источники