RU

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,4 faiz artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manat məbləğində vergi daxil olub.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 266,1 milyon manat və ya 4 faiz çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948 milyon manatı ötüb. Bu sahədən daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 425,4 milyon manat ya 9,4 faiz artım göstərib.

Ümumi vergi daxilolmalarının 71,5 faizi qeyri-neft-qaz, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Избранный
0
12
valyuta.az

10Источники