RU

"Tesla" 10 min işçisini ixtisar edəcək

“Tesla”nın əsas təchizatçısı “Panasonic” 10 min işçini ixtisar edəcək.

Valyuta.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla”nın əsas batareya təchizatçılarından biri olan Yaponiyanın “Panasonic” şirkəti gəlirlərin azalması fonunda ümumilikdə 10 min nəfəri işdən çıxaracağını açıqlayıb.

İxtisarların 5 min nəfəri Yaponiyada, qalanı isə digər ölkələrdə həyata keçiriləcək. Şirkət bu qərarı “əməliyyat səmərəliliyinin artırılması” məqsədilə, əsasən satış bölmələrində 2026-cı ilin martına qədər reallaşdırmağı planlaşdırır.

Baş icraçı direktor Yuki Kusumi məsuliyyəti üzərinə götürərək maaşının 40 faizini ixtisara verəcəyini bildirib. Şirkətin son maliyyə hesabatında mənfəətin 17,5 faiz, satışların isə 0,5 faiz azaldığı göstərilir. 2025-ci il üçün isə 15,3 faiz mənfəət və 7,8 faiz satış azalması proqnozlaşdırılır.

İxtisar qərarına təsir edən əsas amillər arasında “BYD” və “CATL” kimi Çin rəqibləri ilə artan rəqabət və elektrikli avtomobillərə olan tələbin zəifləməsi göstərilir. Bununla belə, “Panasonic” 2024-cü ildə “Mazda” və “Subaru” ilə yeni tərəfdaşlıqlar qurub.

Sərvanə Rəmixanova

Избранный
0
valyuta.az

1Источники