RU

Şahin Diniyev: "Fransa ilə oyun gününü "kalendar"dan çıxaraq"

"Fransa ilə oyun üçün nüanslar çox azdır".

Operativ Media xəbər verir ki, bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev "11 Adam" verilişində qonaq olarkən deyib.

Diniyev bildirib ki, mövcud durum ümidverici deyil və oyunun nəticəsi ilə bağlı real gözləntilər formalaşdırmaq çətindir.

“Bir çıxış yolumuz var ki, oktyabrın 10-nu "kalendar"dan çıxaraq,” – deyə Diniyev ironik şəkildə bildirib.

Onun sözlərinə görə, Fransa yığması dedikdə güc, atletika və fiziki üstünlük dərhal nəzərə çarpır: “Texnikanı kənara qoyuram, Mbappenin bizim futbolçularla mübarizəsini təsəvvürünüzə gətirin, mənzərə sizin üçün tam aydın olacaq.”

Təcrübəli mütəxəssis əlavə edib ki, futbolda heç kim əvvəlcədən məğlub olmağa razılaşmır:

“Hər kəs nəyəsə ümid edir – baş məşqçi də, futbolçular da, federasiya rəhbərləri də, jurnalistlər də. Amma Fransa ilə oyun üçün bu ümidverici nüanslar çox azdır.”

Diniyev  ötən illərdə yazılan Azərbaycan futbolunun uzunmüddətli strategiyası ilə bağlı da fikirlərini dilə gətirib: “2005-2015-ci illəri əhatə edən dövlət proqramı qəbul olundu, lakin bu proqramın nəticələri qənaətbəxş olmadı. Böyük pullar xaricə yönəldi və proqram sanki kimin üçünsə yazılmışdı. Bu onillikdən yalnız ‘Qəbələ’ və ‘Bakı’ akademiyalarından çıxan futbolçular qaldı ki, onlar da artıq 29 yaşındadırlar.”

Sonda o vurğulayıb ki, əsas məsələ strategiya yazmaq deyil, onu həyata keçirəcək insanları tapmaqdır.

Избранный
0
operativmedia.az

1Источники