RU

Yalnız ABŞ İsraili müharibəni dayandırmağa məcbur edə bilər – Fələstinin vitse-prezidenti Hüseyn Şeyx

Fələstinin vitse-prezidenti Hüseyn Şeyx bildirib ki, yalnız ABŞ İsraili Qəzza zolağında müharibəni dayandırmağa “məcbur edə” bilər. Siyasətçi bu fikri “Əl Ərəbiyyə” telekanalına deyib.

O, həmçinin əlavə edib ki, HƏMAS hərəkatı siyasi həyatdan kənarda qala bilməz.
Hüseyn Şeyx həmçinin HƏMAS-ın münaqişənin sona çatmasına gətirib çıxaracaq “cəsarətli addımlar” atacağına ümid etdiyini bildirib. “HƏMAS xalqın bir hissəsidir, onu siyasi həyatdan kənarlaşdırmaq olmaz.

“Həmas bizim siyasi sistemimizin bir hissəsi olmaq üçün öz siyasətini dəyişməlidir” deyən Şeyx Fələstin Administrasiyasının hərəkatla dialoq apardığını əmin edib. “Hazırda Fələstin dövlətinin yaradılmasının ən yaxşı yolu silahlı mübarizədən deyil, İsrailə dinc müqavimətdən keçir”, – vitse-prezident əlavə edib.

//Samir Qurbanov, Editor.az 

Избранный
0
1
editor.az

2Источники