Ukraynanın Dnepr şəhərində sözün əsl mənasında faciə baş verib.
"Unikal" xəbər verir ki, 20 yaşlı qadın iki yaşlı uşağını 1 milyon Ukrayna qrivnasına (təxminən 40 958 AZN ) satmağa cəhd edib.
Lakin gənc qadın polislər tərəfindən cinayət başında yaxalanıb.
Belə ki, Ukrayna polis qüvvələrinin keçirdiyi əməliyyat zamanı adı açıqlanmayan qadın özünü alıcı kimi təqdim edən polis əməkdaşı ilə sövdələşməni tamamlayıb. Və pulu alan kimi saxlanılıb. Dindirilmə zamanı qadın pulu "öz biznesini qurmaq" üçün istifadə etməyi planlaşdırdığını deyib.
Məhkəmədə özünü müdafiə edən qadın ona qarşı irəli sürülən ittihamları rədd edib. Lakin məhkəmənin sonunda o, insan alverinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ölkədə geniş əks-səda doğurub və uşağın dövlət himayəsinə götürüldüyü açıqlanıb.
Gülayə Mecid