Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbolu üzrə yarış keçirilib.
Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə kişilər və qadınlar mübarizə aparıblar.
Qadınların yarışında Gənclər və İdman Nazirliyinin komandası qalib olub. İkinci yeri AZAL, üçüncü sıranı isə SOCAR kollektivi tutub.
Kişilər arasında isə Fövqəladə Hallar Nazirliyi çempion olub. Gənclər və İdman Nazirliyi gümüş, SOCAR isə üçüncü yerə bürünc medallara layiq görülüblər.