Azərbaycan Premyer Liqasının 34-cü turunda “Şamaxı” ilə keçirilən oyun “Sabah” üçün ikiqat əlamətdar olub.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi həm qələbə qazanıb (3:1), həm də yubiley ev qolunu vurub.
Belə ki, matçda son nöqtəni qoyan Pavol Şafranko həm də “Sabah”ın ölkə çempionatlarında 150-ci ev qolunun müəllifi olub. Bakılılar 150 qola doğma arenasında keçirdiyi 104 görüşdə çatıb.
Qeyd edək ki, “Sabah” Premyer Liqada ilk ev qolunu 2018-ci il sentyabrın 19-da “Sumqayıt”la oyunda (1:4) vurub.