"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 36-cı turunda "Vest Hem"ə məğlub olub.
Publika.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən görüş "çəkicdöyənlər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı şeytanlar" bu mövsüm Premyer Liqada evdə doqquzuncu məğlubiyyətini alıb. Bu, klubun bir mövsümdə evdəki məğlubiyyətlər baxımından antirekordunun təkrarıdır.
Bu göstərici daha əvvəl 1930/31, 1933/34 və 1962/63 mövsümlərində qeydə alınıb.