“Qarabağ” 2024/25 mövsümü Misli Premyer Liqasının qalibi adını təmin edən “Qarabağ”a “Kəpəz”lə 35-ci turun matçından sonra çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
İdmanxeber.az-ın məlumatına görə, artıq Peşəkar Futbol Liqası həmin görüşün vaxtını elan edib.
“Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu mayın 18-də, saat 19:00-da başlanacaq.
Oyun bitdikdən sonra AFFA və PFL rəhbərliyi tərəfindən “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
Qeyd edək ki, “Kəpəz”lə matç həm də “Qarabağ”ın bu mövsümdəki sonuncu ev oyunu olacaq.