RU

Al market-in işçisi müdiri ilə birləşib müştərini təhqir edib?- Boş şeydi danışır da…

Səhləb İsayeva adlı vətəndaş “Al market”lər şəbəkəsindən şikayətçidir. AzPost xəbər verir ki, şikayətçi bu barədə sosial media hesabında yazıb. Bildirib ki, Bakı şəhəri 9 mkr ərazisində olan filialda onunla sözün yumşaq mənasında xoş davranmayıblarr. “Kassada olan zaman kassir xanım əlini ağzına vurub plastik torbanı açdı. Normal olaraq iradımı bildirdim. Xanım çox kobud şəkildə cavab verdi. Müdriyyət yaxınlaşdı. Nə olduğunu soruşduqda isə xanımın cavabı o oldu ki “boş şeydir danışır”. Müdriyyətə vəziyyəti izah edəndə isə bildirdi ki, istəmirsən heç nə alma”.

“Siz bu müdirləri nəyə əsasən təyin edirsiniz?”- deyə müşrəti şikayətində marketlər şəbəkəsinə sual da ünvanlayıb.

Qeyd edək ki, stehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 21-cü maddəsinə, yəni  istehlakçıların hüquqlarının pozulmasına görə  təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Xatırladaq ki, marketdə çalışan xəzinədar müştərinin kimliyindən, yaşından, irqindən, dinindən, xarici görünüşündən asılı olmayaraq “xoş gəlmisiniz” sözünü deyərək, təbəssümlə qarşılamalı, nəzakətli şəkildə alınan məhsulları kassadan keçirdərək paketlənməsinə kömək etməlidir. Müştərinin verdiyi suallara nəzakətlə və aydın cavab verməlidir. Bu qaydalar Xəzinədarların vəzifə təlimatında yazılır.

AzPost.az

Избранный
0
azpost.info

1Источники