RU

Azərbaycan tütün ixracını azaldıb, idxal artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycandan 9,7 milyon ABŞ dollarıdəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,8 milyon ABŞ dolları, yaxud da 15,5% azdır. Ötən ilin yanvar-martaylarında bu məbləğ 11,5 milyon ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycana 26,6 milyon ABŞ dolları dəyərindətütün və tütünün sənaye əvəzediciləri idxal olunub ki, bu da, illikmüqayisədə 230 min ABŞ dolları, yaxud da 0,9% çoxdur. Belə ki,2024-cü ilin birinci rübündə Azərbaycana 26,4 milyon ABŞ dollarıdəyərində tütün və tütünün sənaye əvəzediciləri idxaledilmişdi.

Hesablamalardan aydın olur ki, bəhs olunan dövrdə tütün idxalıixracını 2,7 dəfə üstələyib.

Qeyd edək ki, cari ilin birinci rübündə idxal olunan tütün vətütünün sənaye əvəzediciləri ümumi idxalın 0,47%-ini, ixrac isəümumi ixracın 15%-ini təşkil edib.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники