Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti 2025-ci ilin yanvar-aprel ayları ərzindəişəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 minmanata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinimüəyyən edib.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitişəgötürənlər tərəfindən işçilərə ödənilib.
"Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərtərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərəgörə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin, 30 işçininəmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitamverildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsindəhəmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", - deyəəlavə edilib.