RU

Mbappe Zamoranonun rekordunu təkrarladı - 21-ci əsrdə ilk het-trik

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 21-ci əsrdə "El Klasiko"da Madrid klubunun heyətində het-trik edən ilk futbolçu olub.

90deqiqe.Az-ın “Opta Sports"a istinadən yaydığı məlumata görə, 1995-ci ilin yanvarında "El Klasiko" matçında het-trik edən sonuncu Los Blancos oyunçusu çilili hücumçu İvan Zamorano olub.

Qeyd edək ki, 21-ci əsrdə “Barselona”nın heyətində “El Klasiko” matçlarında bir neçə futbolçu het-trikə imza atıb. Lionel Messi və Luis Suares bu uğura iki dəfə nail olublar.

"Barselona" ilə görüş dünən axşam baş tutub və Kataloniya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, 35 turun nəticələrinə əsasən, “Barselona” turnir cədvəlində birinci, Madrid klubu isə ikinci pillədə qərarlaşıb.

Избранный
0
90deqiqe.az

1Источники