RU

Serbiya Azərbaycandan məhsul alışını 10 dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Serbiya arasındaticarət əməliyyatlarının həcmi 50,2 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 42,4 milyon ABŞ dolları və ya 6,4 dəfə çoxdur.

Hesabat dövründə Serbiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,42%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Serbiyaya 46,5milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 41,9 milyon ABŞ dolları və ya 10 dəfəçoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında SerbiyadanAzərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 500 min ABŞ dolları və ya15,6% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanxarici ticarət dövriyyəsi 24,3% artaraq, 12 milyard ABŞ dollarıtəşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq, 6,4 milyard ABŞ dolları, idxal isə52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq, 5,7 milyard ABŞdolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Избранный
0
4
az.trend.az

10Источники