Vətən müharibəsi qazisi Əfqan Zamanov ata olub.
News365.az xəbər verir ki, bu barədə ona yaxın olan şəxslər sosial şəbəkələrdə paylaşım edib.
Qeyd edək ki, Zamanov Əfqan Murad oğlu 2020-ci ildə Vətən müharibəsi zamanı cəbhəyə könüllü yollanıb.
O, döyüşdə olan zaman Ermənistan tərəfinin atdığı mərmi yaxınlığına düşüb.
Bu zaman qazimiz çəkdiyi videoda gülümsəyərək "dəymədi, dəymədi" söyləməsi ilə məşhurlaşmışdı.