RU

Çin ABŞ-la tarif danışıqlarında irəliləyiş olduğunu bildirib

Çin və ABŞ İsveçrədə keçirilən tarif danışıqlarında əhəmiyyətli irəliləyiş əldə ediblər.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lif mətbuat konfransında bildirib.

O, iki tərəf arasında dialoqun davam etdiriləcəyini bildirib. Siyasətçi əlavə edib ki, mayın 12-də birgə bəyanat yayılacaq.

ABŞ Maliyyə Naziri Scott Bessent və ABŞ-ın Ticarət Nümayəndəsi Jamison Greer tarif vəziyyətini həll etmək üçün mayın 10-da Cenevrədə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşüblər.

ABŞ prezidenti Donald Tramp mayın 9-da deyib ki, ABŞ və Çin ölkələr arasında “ədalətli” ticarət razılaşması əldə edə bilərlər. Vaşinqton Çindən idxal olunan mallara gömrük rüsumlarını 50 faizə qədər azaltmağı düşünür. Digər tərəfdən, Ağ Evin mətbuat katibi Caroline Levitt Çin mallarına tarifləri birtərəfli qaydada azaltmaq planları ilə bağlı məlumatları təkzib edib.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
0
43
editor.az

10Источники