Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı cibində gizlətdiyi əşya salfet olub.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Libération” qəzeti məlumat yayıb.
Məqalədə qeyd edildiyi kimi, Makronun əlində qadağan olunmuş maddə olan çanta olması ilə bağlı fərziyyələr bulanıq görüntülərə görə yaranıb, lakin yüksək keyfiyyətli görüntülərdə prezidentin cibinə əzilmiş kağız dəsmalı qoyduğu görünür.
Həmçinkn nəşrə görə, Almaniya kansleri Fridrix Merz “kiçik qaşıq” deyil, qəhvə qarışdıran və ya diş çubuğunu çıxarmağa çalışırmış.