RU

Kilian Mbappe son 30 ilin ilkinə imza atıb

İspaniya La Liqasının “Barselona” – “Real” matçı Kilian Mbappenin het-triki ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, fransalı hücumçu Madrid klubunda son 30 ilin həsrətinə son qoyub.

1995-ci ildən sonra “Real”ın heç bir futbolçusu çempionat matçlarında Kataloniya klubuna 3 qol vurmamışdı. Sonuncu dəfə het-trikə sevinən “Real” oyunçusu İvan Samorano olub. Çilili forvard 1995-ci ilin yanvarında fərqlənib.

Qeyd edək ki, “Real” Kilianın het-trikinə baxmayaraq, səfərdə 3:4 hesabı ilə uduzub.

İdman.biz

Избранный
0
idman.biz

1Источники