RU

Kadir İnanır müalicədən sonra ilk dəfə - FOTO

Türk kinosunun əfsanəvi aktyoru Kadir İnanırın son görüntüsü pərəstişkarlarını narahat edib.

Milli.Az xəbər verir ki, ev şəraitində fiziki müalicəsinə davam edən sənətkarı CHP-nin keçmiş Ankara millət vəkili Levent Gök ziyarət edib. Gök sosial media hesabında Kadir İnanırla çəkdirdiyi fotonu paylaşaraq, "Türk kinosunun əfsanəsi, sənətçi cənab Kadir İnanırla xoş görüş keçirdik. İnanır bəyə sağlam günlər arzulayıram," - deyə qeyd edib.

Foto sosial şəbəkələrdə böyük maraq doğurub. Aktyorun xeyli arıqladığı diqqət çəkib və bu, izləyicilər arasında narahatlıq yaradıb. 

Qeyd edək ki, 24 mart 2024-cü ildə evində səhhətində problem yaranan 75 yaşlı aktyor beynində qan laxtalanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunduqdan sonra ehtiyat tədbiri olaraq intubasiya edilmişdi. Aprelin 1-də reanimasiyadan çıxarılan İnanır aprelin 4-də evə buraxılıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
0
1
milli.az

2Источники